YOUR EVENT SOLUTION

Мастерская рекламы и деловых событий

Haqqımızda

Your Event Solution artıq neçə illərdir ki, Azərbaycanda reklam məhsullarının istehsalı və işgüzar tədbirlərin təşkili sferasında birincilik uğrunda müvəffəqiyyətlə mübarizə aparır.

Bizim heyətə fəaliyyət sahəmizə daxil olan istənilən problemin həllində kömək göstərməyə hazır iki peşəkar komanda daxildir.

İşgüzar tədbirlərin təşkili Your Event Solution şirkətinin əsas fəaliyyət istiqamətlərindən biridir.

Biz sizin biznesinizin inkişafı üçün MICE tədbirlərin, konfransların, seminar və təlimlərin keçirilməsini təşkil edirik.

Bizim komandamızın fəaliyyət sferasına aşağıdakılar daxildir:

  • tədbirin kreativ konsepsiyasının hazırlanması
  • tədbir üçün məkan seçilməsi
  • event – logistika, dekor
  • brend məhsulların istehsalı
  • KİV işıqlandırma, foto və video reportajlar
  • texniki təchizat (dizaynın hazırlanması, məkanın bəzədilməsi/dekorasiyası, tipoqrafiya, personalın seçimi, logistika, katerinq)
  • timbildinqlərin təşkili və keçirilməsi

Bizim digər komandamızın mütəxəssisləri istənilən reklam məhsulunun sürətli və keyfiyyətli çapı və quraşdırılmasını uyğun qiymətə həyata keçirməyə hazırdır, bu səbəbdən biz öz xidmətlərimizi məmnuniyyətlə istər fiziki, istərsə də hüquqi şəxslərə təklif edirik.

Bir qayda olaraq, tədbirlərin təşkilində çoxlu reklam məhsullarından istifadə olunduğundan bizim mehriban kollektivimiz tam heyətdə bu böyük və həyəcanverici işə cəlb olunur, bu eyni zamanda şirkətimizin şuarında öz əksini tapır: Sizin xəyallarınızı reallaşdırırıq!